Bank Of Baku

Reznikov Türkiyədəki zəlzələ qurbanları ilə bağlı müqayisəsinə görə üzr istəyib

Reznikov Türkiyədəki zəlzələ qurbanları ilə bağlı müqayisəsinə görə üzr istəyib
# 17 aprel 2023 12:42 (UTC +04:00)

Ukraynanın müdafiə naziri Aleksey Reznikov müharibədə Ukraynanın verdiyi itkiləri Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyi üçün üzr istəyib.

APA xəbər verir ki, o bu barədə “Tvitter” səhifəsində yazıb.

“İspaniyanın “La Razon” qəzetinə müsahibə zamanı verdiyim şərhə görə, Ukrayna, yaxud Türkiyədə hər kəs qarşısında üzr istəyirəm. Ukraynalılar Türkiyə xalqının dərdinə şərikdir. Anlayırıq ki, minlərlə günahsız insanı – dostu və qonşunu dəfn etmək lazımdır. Türkiyəli dostlarımıza Krım məsələsi və Rusiya müdaxiləsi ilə bağlı dəyişməz dəstəyə və möhkəm mövqeyə görə təşəkkür edirik”, - nazir yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR