İyul ayına qədər Ukraynanın tərəfdaşları F-16 qırıcılarında ukraynalı pilotlar, mühəndislər və texniki işçilər üçün təlim proqramını təsdiq etməyi planlaşdırır. Təlimlər Avropa ölkələrindən birində xüsusi yaradılmış mərkəzdə keçiriləcək.
APA-nın məlumatına görə, bunu cümə axşamı Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Ramşteyn formatında keçirilən görüş və Ukrayna-NATO Komissiyasının iclasından sonra ukraynalı jurnalistlərlə söhbəti zamanı deyib.
“Bunu indidən deyə bilərəm, çünki Hollandiya və Danimarka rəsmi olaraq liderliklərini təsdiqləyiblər və pilotlarımıza, mühəndislərimizə və texniklərimizə F-16 təyyarələrini mənimsəmək üçün təlimlər təşkil etməyə və təmin etməyə hazırdırlar. ABŞ bunu rəsmən dəstəkləyir”, - nazir bildirib.