Bank Of Baku

Rişi Sunak Aİ ilə Şimali İrlandiya üzrə yeni razılaşma əldə edildiyini təsdiqləyib

Rişi Sunak Aİ ilə Şimali İrlandiya üzrə yeni razılaşma əldə edildiyini təsdiqləyib
# 27 fevral 2023 19:42 (UTC +04:00)

Şimali İrlandiya ilə bağlı həlledici irəliləyiş əldə etmişik.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Rişi Sunak Böyük Britaniya və Aİ-nin Şimali İrlandiya Protokolu ilə bağlı yeni razılaşma əldə etdiyini təsdiqləyib. Onun sözlərinə görə, protokol Windsor Framework (Vindsor Çərçivəsi) kimi tanınacaq.

Rişi Sunak bugünkü sazişin bütün Britaniyada rəvan ticarəti təmin etdiyini, Şimali İrlandiyanın ittifaqdakı yerini qoruduğunu deyib.

Rişi Sunak vurğulayıb ki, bugünkü razılaşma Böyük Britaniyanın Aİ ilə münasibətlərində yeni bir səhifədir.

“Bu o deməkdir ki, əgər ərzaq Böyük Britaniyada supermarketlərində varsa, o zaman Şimali İrlandiyada supermarketlərdə də olacaq”, - Baş nazir qeyd edib. O əlavə edib ki, bugünkü razılaşma Birləşmiş Krallıq daxilində ticarətin rahat axınını təmin edəcək.

Baş nazir Sunak Ursula von der Leyenə də təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR