Rişi Sunak barəsində araşdırma başlayıb.
APA-nın Britaniya bürosunun xəbərinə görə, Baş nazir parlamentin standartlar üzrə komissarı Daniel Greenberg tərəfindən maraqlarını bildirməməsi iddialarına görə araşdırılır.
O, həyat yoldaşı Akşata Murtinin uşaq baxıcılığı biznesində hissəsi olduğunu bildirməməyi ilə bağlı iddialarla üzləşir. Belə ki, keçən ay dövlət büdcəsindən uşaq baxıcılığı ilə əlaqədar sahəyə 4 milyard funt-sterlinqlik artıq ayrılması müzakirə edilərkən Rişi Sunak xanımı Akşata Murtinin uşaq baxıcılığı ilə bağlı şirkətdəki payı olduğunu bildirməyib.
Qeyd edək ki, parlamentin internet saytındakı yeniləmə cümə axşamı açılan araşdırmanın məcəllənin altıncı bəndinə aid olduğunu göstərir.
Məcəllədə deyilir: “Üzvlər palatanın və ya onun komitələrinin hər hansı bir prosesində və nazirlər, üzvlər, dövlət məmurları və ya dövlət vəzifəli şəxslərlə hər hansı ünsiyyətdə müvafiq maraqları bəyan etməkdə həmişə açıq və səmimi olmalıdırlar”.