Britaniyanın baş naziri Rişi Sunak tezliklikə Ukraynaya səfər edəcək.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko “Sky News”a açıqlamasında deyib. O, təhlükəsizlik səbəbindən səfərin tarixi barəsində dəqiq məlumat verməsə də, bunun tezliklə baş tutacağını bildirib.
Qeyd edək ki, ötən ay Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakı ölkəsinəa səfərə dəvət etmişdi.