Moldovada vəziyyət son dərəcə ciddidir və NATO ona kömək etməlidir.
APA xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi Yens Stoltenberqin və Şimali Atlantika Alyansına üzv olan bir sıra dövlətlərin rəhbərlərinin iştirakı ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Moldova Respublikası məni çox narahat edir və bu gün öyrəndiyim kimi, təkcə mənim üçün deyil, bizim hamımız üçün" deyə Rumıniya dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Moldovaya dayanıqlığını gücləndirmək və vəziyyətimi yaxşılaşdırmaq üçün bir yol tapılmalıdır.
"Mən çox şadam ki, bu qiymətləndirmə həmkarlar tərəfindən bölüşdürülür, bu aspektlər Vilnüsdə keçirilən sammitin yekunlarında öz əksini tapsa, çox yaxşı olardı, - deyə o bidirib.