Bank Of Baku

Rumıniya ölkə səmasında daha bir dron vurub

Rumıniya Prezidenti Nikuşor Dan

© APA | Rumıniya Prezidenti Nikuşor Dan

# 26 iyul 2026 13:52 (UTC +04:00)

Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının Rumıniyanın ərazi suları üzərində daha bir pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.

APA xəbər verir ki, Prezident bu barədə “X” sosial platformasında paylaşım edib.

Prezidentin sözlərinə görə, insident yerli vaxtla saat 10:13-də Sulina–Kiliya bölgəsində baş verib. O, əməliyyatda iştirak edən rumın pilotlarını və yerüstü xidmət əməkdaşlarını peşəkarlıq, cəsarət və operativ fəaliyyətlərinə görə təbrik edib.

Nikuşor Dan bildirib ki, Rumıniya Baş Prokurorluğunun apardığı ilkin araşdırmaya əsasən, cümə günü vurulan pilotsuz uçuş aparatı Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi "Shahed" tipli drondur. O əlavə edib ki, həm ötən gün, həm də bu gün zərərsizləşdirilən pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalar davam edir.

Rumıniya Prezidenti onu da qeyd edib ki, aparılan araşdırmaların nəticələri əsasında Rusiya Federasiyasına rəsmi diplomatik etiraz təqdim olunacaq.

"Dövlətimizin, eyni zamanda NATO və Avropa İttifaqının hava məkanının Rusiya tərəfindən pozulması qəbuledilməzdir. Bu cür addımlara müttəfiqlərimizlə birlikdə tam ciddi yanaşırıq", – deyə Nikuşor Dan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR