Rusiyanın Rostov-na-Donu şəhərində baş verən güclü qasırğa ağır fəsadlara səbəb olub. APA xəbər verir ki, şəhər meri Aleksandr Skryabinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qasırğa və leysan yağışları Rostov vilayətinin bir sıra şəhərlərində infrastrukturun işini iflic edib. Rostov-na-Donu, Azov, Bataysk, Taqanroq və Şaxtı şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Novoçerkasskda isə su təchizatında problemlər qeydə alınıb.