Rumıniyanın Baş naziri vəzifəsinə təyin edilmiş Marçel Çolaku (Sosial Demokrat Partiyası) parlamentə nazirlərin siyahısını və hökumət proqramını təqdim edib.
APA xəbər verir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.
Koalisiya hökumətinin təklif olunan tərkibinə Sosial Demokrat Partiyası (SDP) və Milli Liberal Partiyasının (NLP) nümayəndələri daxildir.
Hökumətin Çolaku da daxil olmaqla 20 üzvü olacaq.