Bank Of Baku

Rusiya ABŞ dövlət katibinin Maduro barədə iddilarını təkzib edib

Rusiya ABŞ dövlət katibinin Maduro barədə iddilarını təkzib edib
# 01 may 2019 14:57 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Venesuela lideri Nikola Maduronun Rusiyanın məsləhəti ilə öz ölkəsini tərk etməməsi barədə ABŞ dövlət katibi Mayk Pompeonun iddialarını rədd edib.

ONA-nın xəbərinə görə, nazirliyin sözçüsü Mariya Zaxarova bu barədə CNN-ə açıqlamasında deyib.

“Vaşinqton Venesuela ordusunun ruh yüksəkliyini aşağı salmaq üçün əlindən gələni edib və indi də informasiya müharibəsinin bir hissəsi kimi saxta xəbərlərdən istifadə edir” - deyə M.Zaxarova bildirib.

Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Pompeo CNN-ə müsahibəsində deyib ki, Maduro ölkəni tərk edərək Kubaya qaçmağa hazır idi, lakin “ruslar deyib ki, o qalmalıdır”. 

Venesuela Prezidenti Maduro da televizya çıxışında Pompeonun iddialarını təkzib edərək, bunu yalan və manipuliyasiya adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR