Bank Of Baku

Roqozin Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib

Roqozin Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib
# 27 avqust 2019 18:47 (UTC +04:00)

Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Dmitri Roqozin bu barədə Türkiyə Prezidenti R.T.Ərdoğanla MAKS-2019 Beynəlxlaq Aviasiya və Kosmos Sərgisində qısamüddətli görüşü zamanı deyib.

Görüş zamanı kosmosa türk kosmonavt göndərmək istədiklərini bildirən Roqozin “Sizə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin 100-cü ildönümünü orbitə türk kosmonavt göndərərək qeyd etmək. Kosmonavt Tədris Mərkəzi buna hazırdır”, - deyə söyləyib.

Türkiyə Prezidenti Ərdoğan təklifi məmnuniyyətlə qarşılayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR