Rusiya Fransada yerləşən diplomatik nümayəndəliklərinin mühafizəsi üçün daha adekvat addımlar atılmasını tələb edib.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Bu tələb martın 7-nə keçən gecə Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıldıqdan sonra səsləndirilib.
“Biz Fransa hökumətindən Rusiyanın diplomatik nümayəndəliklərinin mühafizəsini daha adekvat təşkil olunmasını tələb edirik”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, ötən gecə naməlum şəxs Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıb. Hadisə nəticəsində binaya ziyan dəyməyib.