Bank Of Baku

Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub, ölənlər var - YENİLƏNİB

Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub, ölənlər var - YENİLƏNİB
# 24 iyun 2023 10:02 (UTC +04:00)

Rusiyanın Kiyevdə yaşayış binasının raketlə vurması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Hacı Cavadov

***

08:20

Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtına raketlərlə hücum edib.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri bildirib.

Raketlərdən biri çoxmərtəbəli binaya düşüb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bundan əlavə, iki nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına yerində tibbi yardım göstərilib.

Dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə də ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR