Rusiya ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi binasına dron zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
Zelenski qeyd edib ki, dron hücumunun hədəfi birbaşa Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladın ofisi olub. Ukrayna lideri Aleksandr Pokladla danışdığını diqqətə çatdırıb.
O, Rusiyanın bu hücumuna lazımi şəkildə, həm də mümkün olduğu halda “güzgü effekti” ilə cavab verilməsi üçün Pokladı təlimatlandırıb.
Zelenski vurğulayıb ki, Ukrayna ordusu bunu dəstəkləyəcək.
Ukrayna Prezidentinin sözlərinə görə, hüquq-mühafizə orqanları hadisə yerindədir və zərərçəkənlər lazımi yardımla təmin olunacaq.
Qeyd edək ki, dron hücumu zamanı Aleksandr Poklad ofisində olmayıb.
Rusiya tərəfi isə hələlik məsələyə münasibət bildirməyib.
***
17:20
Rusiya ordusu Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasına dron zərbəsi endirib, yanğın başlayıb.
APA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski faktı təsdiqləyib.