Bank Of Baku

Rusiya ordusu Xarkovu bombalayıb: 3 nəfər ölüb, 25 yaralı var

Rusiya ordusu Xarkovu bombalayıb: 3 nəfər ölüb, 25 yaralı var
# 05 oktyabr 2026 16:41 (UTC +04:00)

Xarkovda Rusiya ordusunun aviazərbələri nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

Məlumata görə, bu gün Rusiya ordusu Xarkovun Sloboda rayonuna aviazərbələr endirib. Zərbələr nəticəsində anbar sahələrində yanğın baş verib, bir neçə yaşayış binasına ziyan dəyib.

Terexovun sözlərinə görə, binalardan birinin dağıntıları altında insanların qala biləcəyi ehtimal olunur.

Hazırda ərazidə xilasetmə və axtarış işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR