Bank Of Baku

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 05 oktyabr 2026 16:54 (UTC +04:00)

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

Onun sözlərinə görə, gəmi Türkiyəyə məxsus olub. Hücum nəticəsində kapitan ölüb.

Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib.

“Təəssüf ki, gəminin kapitanı ölüb. Digər şəxsin taleyi isə araşdırılır”, - Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, gəmidən 11 nəfər xilas edilib, onlardan biri xəsarət alıb.

Qeyd edək ki, Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəminin dronla vurulduğuna dair məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR