Bank Of Baku

Rusiya qüvvələri Krivoy Roqda yaşayış binasını vurub, 10 nəfər ölüb - YENİLƏNİB

Rusiya qüvvələri Krivoy Roqda yaşayış binasını vurub, 10 nəfər ölüb - YENİLƏNİB
# 13 iyun 2023 14:41 (UTC +04:00)

Rusiya qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində beşmərtəbəli binanı vurması nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA xəbər verir ki bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul "Telegram" hesabında bildirib.

"10 nəfər ölüb, 1 nəfər dağıntılar altındadır, 28 nəfər yaralanıb, onlardan 12 nəfərin vəziyyəti orta, ağır və çox ağırdır”, - o deyib.

***

11:16

Rusiya qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində beşmərtəbəli binanı vurması nəticəsində 25 sakin yaralanıb, ölənlər var.

APA xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 6 mülki şəxs ölüb. Oleksandr Vikul axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Dnepropetrovsk regionunun rəhbəri Serhiy Lısak isə bildirib ki, Rusiya qüvvələri hücumda qanadlı raketlərdən istifadə edib ki, onun 3-ü Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, digərləri mülki obyektlərə, xüsusən də beş mərtəbəli binaya düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR