Bank Of Baku

Rusiya Şimali Kiprdə konsulluq xidmətləri göstərəcək

Rusiya Şimali Kiprdə konsulluq xidmətləri göstərəcək
# 09 avqust 2023 15:56 (UTC +04:00)

Rusiyanın Kipr Respublikasındakı səfirliyi yaxın zamanda Şimali Kipr Türk Respublikasında (ŞKTR) da konsulluq xidmətləri göstərməyə başlayacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS-a səfirliyin nümayəndəsi məlumat verib.

"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.

Səfirliyin nümayəndəsinin qeyd etdiyi kimi, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. Bəzi hesablamalara görə, bu gün ŞKTR-da 50 mindən çox rus yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR