Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, danışıq zamanı Ukraynadakı son hadisələr, o cümlədən, tərəflər arasında aparılan danışıqlar və humanitar dəhlizin açılması müzakirə olunub.
Bundan əlavə, Akar rusiyalı həmkarına Qara dənizdə Rusiya limanlarında gözləyən ticarət gəmilərinin təhlükəsiz şəkildə Türkiyəyə çatması üçün dəstək gözlədiyini ifadə edib.