Bank Of Baku

Rusiyada baş verənlərə görə Latviya viza siyasətində dəyişiklik etməyəcək

Latviya XİN başçısı Edqars Rinkeviçs

© APA | Latviya XİN başçısı Edqars Rinkeviçs

# 24 iyun 2023 15:22 (UTC +04:00)

Rusiyada baş verənlərə görə Latviya viza siyasətində dəyişiklik etməyəcək.

APA xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

"Rusiya hadisələri ilə əlaqədar olaraq, Latviya humanitar və ya digər növ vizalar verməyəcək və 19.09.22-dən etibarən Rusiya vətəndaşları üçün sərhədi keçmək məhdudiyyətləri tətbiq edilən siyasət dəyişdirilməyəcək. Sərhəd təhlükəsizliyi gücləndirilib, cari hadisələrlə əlaqədar Rusiyanı tərk edən rusların viza və ya sərhədə girişi nəzərə alınmayacaq", - o deyib.

Latviyalı nazir vurğulayıb ki, onun ölkəsi Estoniya və Litva ilə zəruri hallarda əlavə birgə qərarlar qəbul edərək Rusiya və Belarusla olan sərhəd təhlükəsizlik fəaliyyətlərini yaxından əlaqələndirir.

O əlavə edib ki, Latviya Rusiyada inkişaf edən vəziyyəti diqqətlə izləyir və müttəfiqləri ilə məlumat mübadiləsi aparır: "Hazırda Latviya üçün birbaşa təhlükə yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR