Bank Of Baku

Rusiyada baş vermiş yol qəzasında 4 nəfər ölüb

Rusiyada baş vermiş yol qəzasında 4 nəfər ölüb
# 05 may 2019 04:27 (UTC +04:00)

Rusiyanın Krasnodar vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində, biri uşaq olmaqla, 4 nəfər ölüb.

ONA-nın “Layf”a istinadən verdiyi xəbərə görə, avtoqəza zamanı “TaqAZ” və “Volkswagen” markalı avtomobillər toqquşub.

Əks yola çıxaraq sürətlə hərəkət edən “TaqAZ” markalı minik maşını qarşıdan gələn “Volkswagen”lə toqquşub. Qəzadan sonra avtomobillər yoldan çıxıb.

Bildirilir ki, avtoqəzada daha bir nəfər - “Volkswagen”in sürücüsü xəsarət alıb.

Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR