Bank Of Baku

Rusiyalı turistləri daşıyan gəmi Gürcüstanda etirazla qarşılanıb, 10 nəfər saxlanılıb - YENİLƏNİB

Rusiyalı turistləri daşıyan gəmi Gürcüstanda etirazla qarşılanıb, 10 nəfər saxlanılıb - YENİLƏNİB
# 31 iyul 2023 11:28 (UTC +04:00)

Rusiyalı turistləri daşıyan “Astoria Gloria” kruiz laynerinin gəlişi səbəbilə Batumi limanı ərazisində keçirilən aksiya zamanı 10 etirazçı polis tərəfindən saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Batuminin polis rəisi İrakli Dqebuadze bildirib. Gürcüstanın Daxili İşlər Nazirliyi isə vətəndaşları sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa çağırıb.
Qeyd edək ki, hazırda ərazidə etiraz aksiyası davam edir. Bəzi sərnişinlərin artıq polisin müşayiəti ilə avtobuslarla gəmini tərk etdiyi bildirilir.


Etirazçılar avtobuslara su butulkaları və yumurta atıblar. Ərazidə vəziyyətin bir neçə dəfə gərginləşdiyi bildirilir.

***

08:32

Rusiyalı turistləri daşıyan kruiz layneri “Astoria Grande”nin Gürcüstanın Batumi limanına növbəti səfəri də etirazla qarşılanıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Türkiyənin Trabzon limanından yola düşən gəmi saat 06 radələrində Batumi limanına çatıb. Layneri gecə saatlarından etibarən etiraz aksiyası keçirən, əllərində Gürcüstan və Ukrayna bayraqları, həmçinin müxtəlif plakatlar tutan aksiyaçılar qarşılayıblar. Etiraz aksiyasında müxalif Vahid Milli Hərəkat partiyasının üzvləri də iştirak ediblər. Aksiya zamanı polislə qarşıdurma olduğu, təxminən 10 nəfərin saxlanıldığı bildirilir. Yerli KIV polisin aksiyaçılardan birini döyməsi ilə bağlı məlumat yayıb.

Daha əvvəl yayılmış xəbərlərdə gəminin göyərtəsində Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Rusiya vətəndaşlarının olması barəsində məlumat yayılıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Palau bayrağı altında üzən kruiz gəmisinin sanksiyalara məruz qalmadığını və dünyanın müxtəlif limanlarına sərbəst hərəkət edə bildiyini açıqlayıb.

Bununla belə “Mtavari Arxi” telekanalı kruiz gəmisinin sahibi olan şirkətə ABŞ və Ukrayna tərəfindən sanksiya tətbiq edildiyi barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR