Rusiya Silahlı Qüvvələri Krivoy Roq yaxınlığındakı Şirokov icmasında yerləşən yanacaqdoldurma məntəqəsinə reaktiv pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
Onun sözlərinə görə, ölənlər arasında bir uşaq var. Hücum zamanı yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib.
Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.