Bank Of Baku

Rusiyanın “Şimal axını-2” olmadığı təqdirdə nə edəcəyi açıqlanıb

Vladimir Çijov

© APA | Vladimir Çijov

# 09 fevral 2022 07:57 (UTC +04:00)

"“Şimal axını-2” qaz kəmərinin istismara verilmədiyini fərz etsək, Rusiya bu qaz üçün başqa alıcılar tapacaq".

APA xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirib.

“Bu layihə Rusiyadan çox, ilk növbədə, avropalı istehlakçılara lazımdır. Əgər biz “Şimal axını-2” layihəsinin olmayacağını təsəvvür etsək, qazı harada və necə satacağımızı bilirik”,-deyə Çijov bildirib.

Rusiya dəfələrlə bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) fəal şəkildə “Şimal axını-2” layihəsinə etiraz edir. Avropaya çatacaq mavi yanacağın tranzit imkanlarından Ukrayna da yararlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR