Bank Of Baku

Rusiyanın zərbəsi nəticəsində Slavyanskda 8 dinc sakin həlak olub

Rusiyanın zərbəsi nəticəsində Slavyanskda 8 dinc sakin həlak olub
# 15 aprel 2023 05:31 (UTC +04:00)

Cümə günü Rusiyanın Donetsk vilayətinin Slavyansk şəhərinə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Dağıntılar altında daha 7 nəfər qalıb.

APA-nın məlumatına görə, bu rəqəmləri Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko açıqlayıb.

O, rus qoşunlarının yerli vaxtla axşam saat 16 radələrində şəhərə hücum etdiyini və ilkin məlumatlara görə, S-300 raketlərindən istifadə etdiyini bildirib. Nəticədə beş yaşayış binasına, beş fərdi yaşayış evinə, mağazaya, biznes mərkəzinə və kluba ziyan dəyib.

Ukrayna prezidenti Vladimir Zelenski Slavyanska hücumu terror aktı adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR