Rusiyadan S-400" zenit raket kompleksinin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi 2020-ci ildə reallaşa bilər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir deyib.
İsmayıl Dəmir əlavə edib ki, 2021-ci ildən etibarən "Hisar-A", "Hisar-O" və "Sipe"r zenit-raket kompleksləri də tədricən istifadəyə veriləcək.
Türkiyənin beşinci nəsil F-35 hərbi təyyarələrinin yaradılması proqramından çıxarılması ehtimalına toxunan Türkiyə rəsmisi bildirib ki, ABŞ-ın Türkiyəni bu proqramdan çıxarmağa hüququi əsasları yoxdur və belə bir qərar rasionallıqdan uzaqdır.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan"S-400"-lərin Türkiyəyə gətirilməsi prosesinin 2020-ci ilin aprelinədək yekunlaşacağını bildirmişdi.