Bank Of Baku

Sabiq müşaviri Makronun Ukraynanın NATO-ya üzvlüyünə dair planını şərh edib

Sabiq müşaviri Makronun Ukraynanın NATO-ya üzvlüyünə dair planını şərh edib
# 23 iyun 2023 15:05 (UTC +04:00)

NATO-ya üzv olmaq uğrunda Ukraynada çoxlu qan töküləcək.

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronun sabiq müşaviri və Fransanın BMT-dəki hərbi missiyasının rəhbəri general Dominik Trenkant “Marianne” nəşrinə müsahibəsində deyib.

Trenkant jurnalistin ona ünvanladığı “Ukrayna tezliklə NATO-ya üzv olacaqmı? Kiyev Alyansa üzv olarsa, necə olacaq?” suallarına cavab verərək bildirib ki, ilk növbədə Ukrayna NATO uğrunda çoxlu qan tökəcək. Fransa tərəfinin niyə indi Ukraynanın NATO-ya üzv olmasını dəstəkləməyə qərar verdiyini şərh edən general deyib ki, bunun 2 səbəbi var.

“Əvvəla, Fransa Ukraynanın NATO-ya üzvlüyü ideyasını uzun müddətdir dəstəkləyən Şərqi Avropa ölkələri ilə münaqişəyə girmək istəmir. Rusiya-Ukrayna münaqişəsinin ön sıralarında məhz bu ölkələr yer alır. Yaxın keçmişdə Fransanın bu dövlətlərlə yaxınlaşma strategiyası hazırlanıb və Fransa Prezidenti Makron 2 iyun tarixində Moldovada Avropa Siyasi Birliyinin ikinci iclasında bu barədə bəyan edib.

Digər tərəfdən isə, Paris, əlbəttə ki, məsələni yenidən gündəmə gətirmək istəyir, çünki münaqişə təxminən il yarımdır davam edir və Rusiya Prezidenti Vladimir Putinə təzyiq etmək lazımdır ki, əgər o, mübarizəni davam etdirsə, birbaşa NATO ilə üz-üzə qalacaq”, - Trenkant vurğulayıb.

Onun sözlərinə görə, Fransanın Putinə mesajı budur: “Siz artıq çox uzağa getdiniz və danışıqların vaxtının gəlib çatdığını başa düşməlisiniz”.

Trenkant diqqətə çatdırıb ki, 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə keçiriləcək sammiti ilə əlaqədar hazırda Fransanın doktrinası dəyişir və ölkəsi Ukraynanın NATO-ya üzv olmasının mümkünlüyü ilə bağlı mövqeyini müdafiə etməli olacaq. Parisin niyə indiyə qədər Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxmasını şərh edən Trenkantın fikrincə, Fransanın mövqeyi yalnız müəyyən dərəcədə dəyişib, çünki hazırda Ukraynanın NATO-ya dərhal üzv olmasından danışılmır, belə tez qərarın qəbul edilməsi məhsuldar olmamaqla yanaşı, həmçinin çox riskli olardı: “Ukrayna tez bir zamanda Şimal Alyansına üzv olsa, NATO Müqaviləsinin 5-ci maddəsinə əsasən, Alyans Rusiyaya qarşı müharibəyə getməli olacaq, çünki kollektiv müdafiə haqqında razılaşma Alyansın bir üzvünə hücumun bütün müttəfiqlərə qarşı hücum hesab edilməsini nəzərdə tutur. Bu səbəbdən də Kiyev hələlik NATO olmadan təkbaşına mübarizə aparsın”, - o bildirib.

Trenkant onu da qeyd edib ki, Fransanın açıq mövqe nümayiş etdirməsinin uzunmüddətli perspektivdə nəticələri olacaq: “Paris münaqişə bitdikdən sonra Ukraynanı Alyansa qəbul etməyi təklif edir, lakin hazırda NATO-ya üzv olan 31 dövlətin razılığı ilə danışıqlara başlamaq və hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynanın Alyansa daxil olması ilə bağlı bəndi ehtiva edən saziş imzalamaq mümkündür. Fransanın bəyanatları Ukrayna üçün əlavə təhlükəsizlik zəmanətləri ilə bağlı perspektivlər yaradır. Ukraynaya gəlincə isə, NATO-ya daxil olduqdan sonra bütün Alyansa üzv ölkələr Vladimir Zelenskiyə indiki kimi davranmaması, nail olmaq istədiyi məqsədlərə daha realist yanaşması ilə bağlı müraciət edə biləcək. Onun məqsədlərinin nədən ibarət olmasını öyrənmək üçün isə Ukrayna ordusunun əks-hücum əməliyyatlarının sonuna qədər gözləməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR