Bank Of Baku

Şahzadə Harri Kral III Çarlzın tacqoyma mərasimində iştirak edəcək

Şahzadə Harri Kral III Çarlzın tacqoyma mərasimində iştirak edəcək
# 12 aprel 2023 18:22 (UTC +04:00)

Şahzadə Harri Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Məlumatda bildirilib ki, Şahzadə Harri mərasimə qatılacaq lakin Susseks hersoginyası Meqan mərasimdə iştirak etməyəcək.

"Cütlüyün tacqoyma mərasiminə gedib-gəlməyəcəyi ilə bağlı fərziyyələr var idi - lakin indi Şahzadə Harrinin tək başına iştirak edəcəyi ortaya çıxıb", BBC bildirib.

Qeyd edək ki, mərasim mayın 6-da keçiriləcək və mərasimə 2000-dən çox qonağın iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR