Bank Of Baku

Şarl Mişel Qəzzada xəstəxanaya edilən hücumu pisləyib

Aİ Şurasının Prezidenti Şarl Mişel

© APA | Aİ Şurasının Prezidenti Şarl Mişel

# 18 oktyabr 2023 11:24 (UTC +04:00)

"Qəzzada Əl-Əhli xəstəxanasına edilən faciəli hücumdan dəhşətə gəldim".

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında bildirib.

"Günahsız mülki şəxslər və tibb işçilərinin olduğu bir obyekti vurmaq üçün heç bir məntiqli səbəb yoxdur. Mülki infrastrukturun hədəf alınması beynəlxalq hüquqa ziddir.
Bu hadisə ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vacibdir", - Şarl Mişel bildirib.
Aİ rəsmisi həmçinin Qəzza zolağına humanitar yardımın dərhal çatdırılması üçün imkan yaradılmasına çağırış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR