Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Buçanın il dönümü ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, Şarl Mişel bu barədə "Twitter"də paylaşım edib.
"Bir il əvvəl Buçanın günahsız əhalisinə qarşı cinayətlər törədilib və bir il keçməsinə baxmayaraq, biz bunu unutmamışıq. Ukraynadakı bu cinayətlərə görə məsuliyyət daşıyanlar cavab verəcəklər", - Şarl Mişel vurğulayıb.