Türkiyə xarici işlər naziri Hakan Fidan İran səfiri Məhəmməd Fərəzməndi diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
APA xəbər verir ki, bu barədə səfir “Twitter”də paylaşım edib.
“Bu gün xarici işlər naziri Hakan Fidanla vidalaşmaq üçün görüşərək ikitərəfli münasibətlərin son vəziyyəti və gələcək planlar haqqında hesabat təqdim etdim. İranla Türkiyə arasındakı əlaqələr sabit qonşuluq münasibətlərinin nümunəsidir”, - diplomat qeyd edib.