Bank Of Baku

Slovakiya Macarıstandan sonra Ukraynaya dizel tədarükünü dayandırıb

​​​​​​​Slovakiya Baş naziri Robert Fitso

© APA | ​​​​​​​Slovakiya Baş naziri Robert Fitso

# 18 fevral 2026 18:19 (UTC +04:00)

Slovakiya Baş naziri Robert Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Slovakiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Buna "Drujba" kəməri ilə neft nəqlinin dayandırılması səbəb kimi göstərilib.

Eyni zamanda, Baş nazir təklif edib ki, ekspertlərdən ibarət qrup Ukraynanın Lvov bölgəsindəki "Drujba" kəmərinin zədələnmiş hissəsini yerində yoxlasın.

Fitso Ukraynanın indiyə qədər insidentlə bağlı heç bir məlumat vermədiyini və buna görə də səfirin Kiyevə vəziyyəti aydınlaşdırmaq üçün müraciət etdiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Macarıstan da Ukraynaya dizel tədarükünü dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR