Bank Of Baku

Slovakiya Ukraynaya 10 "MiQ-29" qırıcısı verə bilər

MİQ-29

© APA | MİQ-29

# 02 mart 2023 12:24 (UTC +04:00)

Slovakiya hakimiyyəti ordunun arsenalında olan 11 ədəd sovet istehsalı olan "MiQ-29" qırıcısından 10-unu Ukraynaya verə bilər.

APA “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

O həmçinin qeyd edib ki, ölkədə mövcud olan bu tip təyyarələrin son 1 ədədi muzey üçün ayrılıb.

Nad vurğulayıb ki, Slovakiya artıq bu qırıcılardan istifadə etməyi planlaşdırmır, çünki onların ölkə üçün əhəmiyyəti yoxdur.

O da əlavə olunub ki, qırıcıların verilməsi barədə yekun yaxın qərar bir neçə gün və ya həftə ərzində veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniya müdafiə naziri yaxın vaxtlarda Kiyevə qırıcı təyyarələrin verilməyəcəyini bəyan etmişdi. Həmçinin Almaniya XİN rəhbəri qeyd edib ki, bu məsələ hələlik Berlin üçün də aktual deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR