Bank Of Baku

Slovakiyada hökumət əleyhinə kütləvi etirazlar keçirilib

Slovakiyada hökumət əleyhinə kütləvi etirazlar keçirilib
# 18 noyabr 2026 02:49 (UTC +04:00)

Slovakiyanın müxtəlif şəhərlərində liberal müxalifət partiyalarının təşkilatçılığı ilə hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib.

“Dennik N” xəbər portalının məlumatına görə, ən böyük nümayiş paytaxt Bratislavada baş tutub.

Aksiyada təxminən 25 min nəfər iştirak edib.

Nümayişdə çıxış edənlər 2027-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində liberal partiyaları daha sıx əməkdaşlığa çağırıblar.

Etirazçılar həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Məlumata görə, hazırkı hökumət parlamentdə əvvəlki çoxluğunu itirib və 150 deputatdan ibarət Milli Şurada yalnız 75 deputatın sabit dəstəyinə arxalanır.

Aksiyalar Slovakiyada noyabrın 17-də qeyd olunan Totalitarizmə Qarşı Mübarizə Gününə təsadüf edib.

Qeyd edək ki, 1989-cu ilin bu günündə Çexoslovakiyada kommunist hakimiyyətinin süqutu ilə nəticələnən Məxməri inqilab başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR