Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb.
APA TASS-a istinadən xəbər verir ki, artıq ölkə üzrə üç mindən çox seçki məntəqəsi açılıb.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turuna iki namizəd çıxıb: ölkənin keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqar və bitərəf namizəd, hüquqşünas Nataşa Pirts-Musar.
Seçki məntəqələri saat 19:00-da bağlanacaq.