Bank Of Baku

Şmıqal: Ukrayna ordusunun saxlanması büdcəyə ildə 55 milyard dollara başa gəlir

Denis Şmıqal

© APA | Denis Şmıqal

# 03 avqust 2023 14:38 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin saxlanması dövlət büdcəsinə ildə təxminən 55 milyard dollara başa gəlir.

APA xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Ukrayna hökumət başçısı qeyd edib ki, bu, ölkənin imkanlarını xeyli üstələyir:

"Ordunun saxlanılması Ukraynaya təxminən 2 trilyon qrivenə başa gəlir. Bu, sülh dövründə Ukrayna büdcəsinin gəlir hissəsindən çoxdur", - Şmıqal bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynanın dövlət büdcəsi Qərb tərəfdaşlarının maliyyə yardımı, qrantlar və kreditlər hesabına dəstəklənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR