Şolts Estoniyada Baltikyanı ölkələrin liderləri ilə görüşəcək

Şolts Estoniyada Baltikyanı ölkələrin liderləri ilə görüşəcək
# 26 may 2023 08:22 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts Estoniyaya səfər edəcək və burada Baltikyanı ölkələrin baş nazirləri ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Estoniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tallində keçiriləcək görüşdə Estoniya, Litva və Latviyanın Baş nazirləri iştirak edəcəklər.

Hökumət başçıları xarici siyasət və təhlükəsizlik məsələlərini, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitini, həmçinin enerji siyasətini müzakirə edəcəklər.

Bundan əlavə, Şoltsun Estoniyanın baş naziri Kallas ilə ikitərəfli görüşü nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR