Bank Of Baku

Şolts: Putin qonşu ölkələrin ərazilərini ələ keçirmək istəyir

Şolts: Putin qonşu ölkələrin ərazilərini ələ keçirmək istəyir
# 15 iyun 2023 15:44 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsinə ehtiyac olduğunu bildirib.

APA “UkrainskaPravda” nəşrinə istinadən xəbər verir ki, kansler Berlinin artıq uzun müddətdir ki, məsələni öz vacib müttəfiqləri ilə müzakirə etdiyini diqqətə çatdırıb.

Şolts bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi başa çatdığı zaman təhlükəsizliyin təmin edilməsi lazımdır.

O, bəzi tərəflərin münaqişənin dondurulması və Rusiyanın işğalının legitimləşdirilməsinə dair çağırışlarının müzakirə məsələsi olmadığını vurğulayıb.

“Aydındır ki, Rusiya Prezidenti bəzi qonşularını ələ keçirmək istəyir, onun Ukrayna ilə bağlı belə bir planı var və bu da kifayət qədər aşkardır ki, bu cür plan Belarus üçün də var”, - kansler deyib.

Olaf Şolts bu səbəbdən Ukraynanın dəstəklənməsinin və təhlükəsizlik zəmanətləri ilə bağlı əsaslı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR