Bank Of Baku

Şoltz: Ukraynadakı müharibə ilə bağlı bütün diplomatik imkanlardan istifadə üçün çox səy göstərirəm

Almaniya Kansleri Olaf Şoltz

© APA | Almaniya Kansleri Olaf Şoltz

# 24 yanvar 2025 17:51 (UTC +04:00)

“Biz həmişə Ukraynadakı müharibənin Rusiya ilə NATO arasında dəhşətli nəticələrə səbəb ola biləcək müharibəyə çevrilməməsinə diqqət edirik”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu “Anadolu” agentliyinə müsahibəsində Almaniya Kansleri Olaf Şoltz deyib.

O, Rusiyanın güc yolu ilə Ukraynanın bir hissəsini və ya hamısını öz ərazisinə birləşdirmək istədiyini, lakin bunun mümkün olmadığını qeyd edib. Kansler elə bu səbəbdən ölkəsinin Ukraynanı dəstəkləməli olduğunu vurğulayıb: “Mən bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm. Rusiya Prezidenti ilə də danışmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR