"Mən tam əminəm ki, bu böyük ittifaq layiqli davamçı tapa biləcək".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq PBS telekanalına müsahibəsində deyib.
“İndi mənim diqqətim payızda səlahiyyət müddətim başa çatana qədər alyansa rəhbərlik etməyə yönəlib. Biz Avropada müharibənin ortasındayıq. Diqqətimi buna yönəltmişəm. Əminəm ki, 31 müttəfiq məni əvəz edəcək bir varis tapacaq. Baş katib kimi fəaliyyətimi başa vurmaqdan başqa planım yoxdur. Artıq üç dəfə səlahiyyətim uzadılıb, 9 ildir ki, bu postdayam. Məncə, hər kəs üçün yaxşı şey ittifaqın başında başqa bir insanın olmasıdır. Mənim diqqətim burada olmaq, bu posta yeni şəxs seçilənə qədər alyansa rəhbərlik etməkdədir”, - jurnalistin bu ilin payızında səlahiyyət müddəti bitən NATO Baş katibinə səlahiyyət müddətinin uzadılıb-uzadılmaması ilə bağlı sualı ilə bağlı cavab verən Stoltenberq qeyd edib.