NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Prezident Zelenskinin "Facebook" hesabında bildirilib.
"Yens Stoltenberqin bu səfəri genişmiqyaslı müharibədən sonra ilk səfərdir - biz bunu Alyansın Ukrayna ilə münasibətlərdə yeni, iddialı qərarlar fəslinə başlamağa hazır olduğuna işarə kimi şərh edirik", - Zelenski bildirib.
Qeyd edək ki, görüş NATO Baş katibinin Kiyevə səfəri çərçivəsində baş tutub.