Stoltenberq Macarıstan parlamentinin qərarını alqışlayıb

Stoltenberq Macarıstan parlamentinin qərarını alqışlayıb
# 26 fevral 2024 20:22 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin İsveçlə bağlı qərarını alqışlayıb.

APA xəbər verir ki, bu barədə Baş katib "X" hesabında paylaşım edib.

"Mən Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyasına səs verməsini alqışlayıram. Artıq bütün müttəfiqlər təsdiq etdikdən sonra İsveç NATO-nun 32-ci müttəfiqi olacaq. İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək" - Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR