Bank Of Baku

Stoltenberq: Mən əminəm ki, İsveç də NATO-nun üzvü olacaq

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 03 aprel 2023 15:29 (UTC +04:00)

"Mən əminəm ki, İsveç də NATO-nun üzvü olacaq".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq aprelin 4-də baş tutacaq Alyansın XİN başçılarının iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Baş katib Stoltenberq vurğulayıb ki, İsveçin Alyansa üzvlüyü həm onun, həm də NATO-nun prioritetdir: "İsveçin də mümkün olan ən qısa zamanda üzv olması mənim və NATO-nun prioritetidir."

NATO Baş katibi xatırladıb ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi Alyansın tarixində indiyə qədər ən sürətli prosesdir:

"Biz ötən il Madriddə vacib qərar verdik, bu prosesə başlayaraq bu iki ölkəyə xüsusi status verdik. Bu ölkələr NATO-nun mülki, hərbi təlimlərində iştirak edə bilər. Elə bir təəssürat yaranmamalıdır ki, İsveç yalnız buraxılıb. İsveç yalnız buraxılmayıb, İsveç NATO-dadır, Alyansa yaxından inteqrasiya olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR