Bank Of Baku

Stoltenberq: NATO XİN başçıları Ukrayna üçün çoxillik proqramın hazırlanması ilə bağlı razılığa gələcək

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 03 aprel 2023 16:06 (UTC +04:00)

"NATO ölkələrinin xarici işlər nazirləri Ukrayna üçün çoxillik proqramın hazırlanması üzərində işə başlamaq barədə razılığa gələcək".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq aprelin 4-də baş tutacaq Alyansın XİN başçılarının iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Yens Stoltenberq bildirib ki, sabah (aprelin 4-də) Ukrayna XİN başçısı Dmitri Kulebanın iştirakı ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək və bu iclasda Rusiyanıın təcavüzkar müharibəsi və NATO-nun Kiyevə dəstəyi müzakirə olunacaq.

"Bu müharibənin nə vaxt bitəcəyini bilmirik. Lakin bu baş verdikdə, Ukraynanın gələcək mümkün təcavüzün qarşısını ala bilməsi üçün tədbirlər görməliyik. Tarix təkrarlanmamalıdır. Biz, Rusiyanın Avropanın təhlükəsizliyinə zərbə vurmağa davam etməsinə icazə verə bilmərik", - NATO Baş katibi vurğulayıb.

Hərbi alyansın lideri Ukrayna Prezidentinin sülh planını alqışladığnı bildirib, lakin o əlavə edib ki, "Prezident Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət yoxdur. O, daha çox müharibəyə hazırlaşır. Ona görə də biz bu kursumuzda qalmaq əzmində həmrəyik və nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcəyik".

Stoltenberq xatırladıb ki, NATO müttəfiqləri indiyə qədər Ukraynaya 65 milyard avro hərbi yardım edib.

"Mən Ukraynaya müasir döyüş tankları və digər zirehli texnikalar gəlməsini alqışlayıram. Bu, cəbhə xəttində real dəyişiklik yarada bilər və Ukrayna qüvvələrinə daha çox ərazini azad etməsinə imkan verə bilər. Biz, Ukrayna silahlı qüvvələrini gücləndirməyə davam etməklə dəstəyimizi necə artıra biləcəyimizi müzakirə edəcəyik. Bizim dəstəyimiz uzunmüddətlidir. Ona görə də mən, nazirlərin Ukrayna üçün çoxillik proqramın hazırlanması üzərində işə başlamaq barədə razılığa gələcəyini gözləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR