Bank Of Baku

Stoltenberq: Rusiya təhlükəsizliyimiz üçün birbaşa təhdiddir

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 18 aprel 2023 18:10 (UTC +04:00)

"Rusiya bizim təhlükəsizliyimiz üçün birbaşa təhdiddir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Silahlara Nəzarət, Silahsızlanma və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə 18-ci NATO Konfransında çıxışı zamanı deyib.

"İndi silahlara nəzarət və bütövlükdə təhlükəsizliyimiz üçün olduqca çətin dövrdür. Rusiyanın Ukraynaya qarşı müharibəsi uzunmüddətli aqressiv davranış modelinin bir hissəsidir. Rusiya dünyamızın təhlükəsizliyini təmin edən silahlara nəzarət müqavilələrinin pozulmasına məhəl qoymadan və ya bir çox platformalardan imtina edərək beynəlxalq qaydalara əsaslanan sistemin əsaslarını sarsıtmağa çalışır.

Kreml təxribatçı nüvə ritorikasını artıraraq, Belarusa taktiki nüvə silahı yerləşdirmək hədələri ilə, INF müqaviləsinə əməl etmədən və START müqaviləsində iştirakını dayandırmaqla silahlara nəzarəti ləğv etməyi və strateji sabitliyi pozmağı seçib. Bütün bunlar NATO-nun Ukraynaya dəstəyini əngəlləmək və bizi bundan yayındırmaq üçün hazırlanmış məsuliyyətsiz addımlardır. Amma bu addımlar işləməyəcək, çünki biz Rusiyanın təhdidlərini ciddi qəbul etsək də, bunlar bizi qorxutmayacaq", - Stoltenberq deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR