"Prezident Putinin həm bu bir ildə, həm də ondan daha əvvəlki nüvə ritorikası təhlükəlidir, həm də düşüncəsizdir".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın XİN başçılarının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz artıq dəfələrlə bəyan etmişik ki, nüvə müharibəsində qalib gəlmək olmaz və bu müharibəni etmək olmaz", - o deyib.
Stoltenberq vurğulayıb ki, NATO nüvə silahları ilə bağlı yanaşmasına sadiqdir: "Təbii ki, biz Rusiyanın nə etdiyini yaxından izləyirik. Biz indiyə qədər Rusiyanın nüvə mövqeyində bizim mövqeyimizin də dəyişməsini tələb edəcək hər hansı dəyişiklik görməmişik. Lakin biz ayıq-sayıq olaraq qalırıq və onların nə etdiyini yaxından izləyirik".