Bu ilin payızında səlahiyyət müddəti başa çatacaq NATO Baş katibi Yens Stoltenberq müddətinin uzadılması ilə bağlı planının olmadığını deyib.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Jurnalistin "Siz səlahiyyət müddətinizin daha 6 ay və ya bir il uzadılmasını istəyirsinizmi?" sualına NATO Baş katibi, "Mən artıq daha əvvəl də bəyan etmişəm ki, mənim belə planım və niyyətim yoxdur. Səlahiyyət müddətimi uzatmaq fikrim yoxdur" - deyə cavab verib.