Bank Of Baku

Stoltenberq: "Ukrayna daha çox uğur qazanacaq"

Stoltenberq: "Ukrayna daha çox uğur qazanacaq"
# 21 aprel 2023 23:57 (UTC +04:00)

Ukrayna daha çox uğur qazanacaq.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Welt” nəşrinə müsahibəsində bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq təmas qrupunun Ramşteyn aviabazasında keçirdiyi görüşdən sonra bildirib ki, Ukrayna daha çox ərazini azad etmək üçün əks-hücum anını gözləyir.

Stoltenberq əlavə edib ki, Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur əldə etmək bacarığından xəbərdardır.

O qeyd edib ki, buna digər şeylərlə yanaşı, Qərbin inanılmaz dəstəyi də kömək edir.

Bundan əvvəl Kiyevə səfərindən sonra Stoltenberq bildirib ki, alyansdakı bütün müttəfiqlər Ukraynanın bloka üzv olması ilə həmrəydirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR