“Vilnüs sammitində NATO müttəfiqləri Ukrayna üçün əhəmiyyətli ölçüdə yeni hərbi yardım elan edəcəklər”.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq PBS kanalına müsahibəsində deyib.
“Gələn ay Vilnüsdə keçiriləcək sammitdə NATO müttəfiqləri Ukraynaya dəstək ifadə edəcəklər. Bu, yalnız bəyanatlarda deyil, eyni zamanda, atılan addımlarda da özünü göstərəcək. NATO müttəfiqləri Ukrayna üçün əhəmiyyətli ölçüdə yeni hərbi yardımı elan edəcək və bu hərbi yardımın davam etdiriləcəyinə söz verəcəklər. Bütün bunlar aydın siqnal verir ki, biz lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcəyik", - Yens Stoltenberq vurğulayıb.