Bank Of Baku

Türkiyə ABŞ-ı terror dövləti yaratmaq cəhdində ittiham edib

Türkiyə ABŞ-ı terror dövləti yaratmaq cəhdində ittiham edib
# 22 aprel 2023 21:39 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Türkiyə sərhədləri yaxınlığında terror dövləti yaratmaq cəhdində ittiham edib.

APA-nın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu şənbə günü CNN Türk-ə müsahibəsində deyib.

“Amerika bizim yanımızda terror dövləti yaratmaq istəyir. Bu terror dövlətini yaratdığı andan etibarən əvəzi ödənəcək. Biz ehtiyat tədbirləri görürük. Buna qarşı dörd böyük əməliyyat həyata keçirdik”, - Soylu bildirib.

Bununla bağlı o, ABŞ-ın Əfqanıstandakı uğursuz missiyasını, İraq və Suriyanın daxili işlərinə müdaxiləsini xatırladıb.

“Amerika uzun müddətdir terror dövləti yaratmağa çalışır. 40 ildən artıqdır ki, Türkiyə bununla mübarizə aparır”, - DİN rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR